Qırmızı Xaç rəsmiləri erməni əsiri ilə görüşmək istəyir

16 Avqust 2013 15:52 (UTC+04:00)
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı Ofisi Azərbaycan ərazisinə keçən erməni hərbçisi Akop İnciqulyanla görüşmək üçün Müdafiə Nazirliyi ilə müzakirələr aparır.

AzNews.az-ın məlumatına görə, bu xəbəri Komitənin İrəvandakı ofisinə istinadən erməni mətbuatı yayıb.

Məlumata görə, Komitə yaxın zamanda görüşün vaxtının dəqiqləşdiriləcəyinə ümid edir. Bununla yanaşı informasiya gizli saxlanacaq və ictimaiyyətə ancaq görüş baş tutduqdan sonra xəbər veriləcək.

Qeyd edək ki, Akop İnciqulyan avqustun 8-də Azərbaycanın nəzarətində olduğu ərziyə keçərək əsir düşüb.

Elnarə
AzNews.az