Putin və Lukaşenko Valaamda görüşüblər

25 İyul 2024 15:31 (UTC+04:00)

Rusiya prezidenti Vladimir Putin və Belarus lideri Aleksandr Lukaşenko Kareliyanın Ladoqa gölündəki Valaam adasında görüşüblər.

Bu barədə “Pul First” Teleqram kanalı məlumat yayıb.

Lukaşenko Putinlə danışıqlar aparmaq üçün Sankt-Peterburqa işgüzar səfərə gəlib. Eyni zamanda, BELTA bildirib ki, iki ölkə liderləri ittifaq layihələrinin təşviqi , regional təhlükəsizlik məsələləri və beynəlxalq gündəliyi müzakirə edəcəklər. Danışıqlar əksər hallarda qapalı olacaq.

Mövsüm

AzNews.az