300-dən çox uşaq vaxtından əvvəl I sinfə qəbul edildi

16 Avqust 2013 17:10 (UTC+04:00)
Bu il vaxtından əvvəl I sinfə qəbulla bağlı respublika üzrə müraciətlərin sayı 4000-dən çoxdur.

Qəbul prosesinə yalnız Bakı şəhərində başlanılıb. Bölgələrdə bu proses avqustun 20-dən sonra başlanacaq. Bakı şəhəri üzrə indiyədək 2300 nəfərdən çox ərizə qeydiyyata alınıb. 600 nəfərdən çox uşaq artıq müsahibədən keçirilib, onlardan təxminən 50 faizinin I sinfə qəbuluna razılıq verilib.

Qeyd edək ki, Təhsil naziri Mikayıl Cabbarovun "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları" barədə 17.07.2013 – cü il tarixli, 739 № - li əmrinə əsasən "Xüsusi istedada malik uşaqların vaxtından əvvəl I sinfə qəbulu Qaydaları"nı təmin etmək məqsədilə valideynlərin ərizələri iyulun 20-dən avqustun 20-dək qəbul ediləcək.

AzNews.az