Ərdoğanın oğlu etirazçılara qoşuldu
16 Avqust 2013 16:46 (UTC+04:00)
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan Misirdə baş verənlərə etirazını bildirən aksiya iştirakçılarına qoşulub.
Cümə namazı qıldıqdan sonar Fatih məscidində toplaşaraq Misirdə öldürülənlər üçün cənazə namazı qılan bir qrup etirazçı ilə qarşılaşan baş nazirin oğlu da onlara qoşulub. Bilal Ərdoğan arxa sıralarda cənazə namazı qıldıqdan sonra etirazçılardan ayrılıb.(qafqazinfo.az)
AzNews.az