Ağstafada avtomobil qəzası olub

26 İyul 2024 23:59 (UTC+04:00)

Ağstafa şəhərində iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.

Aznews.az xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində xəsarət alanlar Ağstafa Mərkəzi rayon Xəstəxanasına çatdırılıb.

Zərərçəkənlərin kimliyi dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.