Silahlı Qüvvələrimiz genişmiqyaslı taktiki təlimlər keçirəcək

16 Avqust 2013 18:03 (UTC+04:00)
Azərbaycan Silahlı Qüvvələrinin genişmiqyaslı taktiki təlimləri keçiriləcək.

Hərbi mənbələrdən APA-ya verilən məlumata görə, təlimlər gələn ay olacaq.

Təlimlərdə Azərbaycan Silahlı Qüvvələrinin yeni silah və texnikalarının tətbiqi nəzərdə tutulur.

Hərbi tibb heyətinin hazırlıq səviyyəsinin yoxlanılacağı da gözlənilir.

AzNews.az