“Soyqırım törədən nasistlər hesaba çəkildiyi kimi, fələstinliləri məhv etməyə cəhd edənlər də cavab verəcəklər”.
Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sosial media hesabında edilən paylaşımda qeyd edilib.
Bəyanatda aşağıdakı ifadələr yer alıb:
"Soyqırım Hitlerin sonu olduğu kimi, soyqırımçı Netanyahunun da sonu belə olacaq. Soyqırım törədən nasistlər necə cavab verdilərsə, fələstinliləri məhv etməyə çalışanlar da cavab verəcəklər. Bəşəriyyət fələstinlilərin yanında olacaq. Siz bunu edə bilməyəcəksiniz. Fələstinliləri məhv edə bilməyəcəksiniz”.
Mövsüm
AzNews.az