Mirzoyan: Ermənistan Azərbaycanla münaqişə səhifəsini bağlamaq istəyir

29 İyul 2024 21:44 (UTC+04:00)

Ermənistan Azərbaycanla münaqişə səhifəsini bağlamaq istəyir.

Aznews.az-ın "Sputnik-Armenia"ya istinadən xəbərinə görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Cənubi Kiprdən olan həmkarı ilə birgə mətbuat konfransında bildirib.

O deyib ki, ölkəsinin daha əvvəl Azərbaycana sərhədboyu insidentlərin araşdırılması və silahlanmaya birgə nəzarətlə bağlı göndərdiyi təkliflər qüvvəsində qalır.