Türkiyə Xarici İşlər Nazirliyi "Türkiyə-Ermənistan Normallaşma Prosesi Xüsusi Nümayəndələrinin Beşinci Toplantısı" ilə bağlı açıqlama verib.
Bəyanatda, “Türkiyə və Ermənistanın Normallaşma Prosesinin xüsusi nümayəndələri, səfir Serdar Kılıç və Ermənistan Milli Məclisinin sədr müavini Ruben Rubinyan iyulun 30-da Ermənistanın ümumi sərhədində yerləşən Alican-Marqara sərhəd qapısında beşinci görüşlərini keçiriblər”,- deyə qeyd edilib.
Əvvəlki görüşlərində razılaşdıqları məsələləri təsdiqləyən Xüsusi Nümayəndələr, həmçinin Akyaka/Axurik dəmir yolu sərhəd qapısının regional inkişaflara uyğun olaraq istifadəyə veriləcəyi təqdirdə tələb olunacaq texniki ehtiyacları qiymətləndirmək və qarşılıqlı viza prosedurlarını asanlaşdırmaq üçün qarşılıqlı razılıq əldə ediblər.
Nəhayət, Xüsusi Nümayəndələr də son məqsədi tam normallaşma olan bu prosesin heç bir ilkin şərt olmadan davam etdirilməsi ilə bağlı razılığı təsdiqləyiblər.
Mövsüm
AzNews.az