İranda HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsi ilə əlaqədar üç günlük matəm elan edilib.
IRNA agentliyi bu barədə məlumat yayıb.
“İran İslam Respublikası hökuməti Haniyənin vəfatı ilə nəticələnən məzlum və dözümlü Fələstin xalqına rəğbət olaraq, 31 iyuldan 2 avqustadək çərşənbə, cümə axşamı və cümə günlərini bütün İranda milli matəm günləri elan edir”,- nəşr qeyd edib.
Ölkə rəhbərliyi əlavə edib ki, Haniyənin İran paytaxtında qətli “cinayətkar və qəsbkar sionist rejimin” hərəkətlərində növbəti qara səhifə olub.
Mövsüm
AzNews.az