Çilidə 5.4 bal gücündə zəlzələ
17 Avqust 2013 06:56 (UTC+04:00)
Çilinin mərkəzi hissəsində Rixter cədvəli ilə 5.4 bal gücündə zəlzələ olub.
APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, ABŞ-ın Geoloji xidməti yeraltı təkanların episentrinin Valyenar şəhərindən 40 kilometr qərbdə yerləşdiyi barədə xəbər yayıb.
İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur.
AzNews.az