İsrailin Tehran və Beyruta endirdiyi zərbələrdən sonra vəziyyətin gərginləşməsi ilə əlaqədar ABŞ Yaxın Şərqə 12 hərbi gəmi göndərib.
Bu barədə Pentaqondakı mənbəyə istinadən "Washington Post" qəzeti yazıb.
Nəşrin həmsöhbətinin sözlərinə görə, göstərilən gəmilər arasında təyyarədaşıyan Teodor Ruzvelt və onun müşayiəti, həmçinin 4 mindən çox ekipaj üzvü olan üç gəmidən ibarət "Wasp" eniş qrupu da var.
Xüsusilə, çərşənbə günü bir təyyarədaşıyan gəmi və altı esmines Fars körfəzində olub. Eyni zamanda, üç desant gəmisi və iki esmines Aralıq dənizinin şərqində idi.
Mövsüm
AzNews.az