Ankarada Rusiya ilə Qərb arasında məhbus mübadiləsi başa çatıb - SİYAHI

1 Avqust 2024 19:55 (UTC+04:00)

Rusiya ilə Qərb arasında məhbusların mübadiləsi prosesi başa çatıb.

Aznews.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Ankarada baş tutan proses zamanı ümumilikdə, 26 nəfərin adı hallanır.

Rusiya Qərb ölkələrinə 16 nəfəri təhvil verib, əvəzində 10 nəfər məhbusu geri alıb. Siyahıda adı hallanan 26 nəfərdən 2-si azyaşlı uşaqdır. Onların Qərbdə Rusiya xeyrinə casusluqda ittiham olunan Anna və Artyom Dultsevaların övladları olduğu qeyd olunub.

Mübadilə prosesində 7 ölkə - Rusiya, Belarusiya, ABŞ, Almaniya, Polşa, Sloveniya, Norveç iştirak edib. Prosesi Türkiyə kəşfiyyatı (MİT) koordinasiya edirdi.

Mübadilədə iştirak edən məhbusların dəqiq siyahısı hələ məlum deyil. Prsoeslə bağlı hələlik hər iki tərəfdən rəsmi şərh yoxdur.

xxx

Aznews.az “The İnsider”ə istinadən xəbər verir ki, Rusiya Qərb ölkələrinə aşağıdakı şəxsləri təhvil verəcək:

- Evan Gerşkoviç,

- Vladimir Kara-Murza,

- Liliya Çanışeva,

- İlya Yaşin,

- Kseniya Fadeeva,

- Andrey Pivovarov,

- Pol Uilan

-Alsu Kurmaşeva,

- Oleq Orlov,

- Saşa Skoçilenko,

- Diter Voronin,

- Kevin Lik

- Riko Krieger

- Patrik Şobel

- Herman Moyjes,

- Vadim Ostanin.

Əvəzində Qərb ölkələri Rusiyaya təhvil verəcək:

- Vadim Krasikov (Almaniya)

- Artem Dultsev (Sloveniyadan),

- Anna Dultseva (Sloveniyadan),

- Mixail Mikuşin (Norveçdən),

- Pavel Rubtsov (Polşadan),

- Roman Seleznev (ABŞ-dan),

- Vladislav Klyuşin (ABŞ-dan),

- Vadim Konoşenko (ABŞ-dan).