Arvadından boşandı... bütün kəndə od vurdu

17 Avqust 2013 07:29 (UTC+04:00)
Türkiyənin Kastomonu vilayətinin Paşa Köyü kəndində boşandığı xanımından intiqam almaq istəyən ər bütün kəndi yandırıb.

Nəticədə 8 ev, 6 tövlə və 5 samanlık yanaraq kül olub.

Yangın Yaqub adlı şəxsin boşandığı xanımın atası evinə gedərək dava salması və güllə atmasından sonra başlayıb. Yanğın qısa zamanda yan-yana tikilən 8 evi əhatə edib. Həmçinin tövlə və samanlıqlar da od tutub. Yanğınsöndürənlərin səyi nəticəsində insan tələfatını qarşısı alınıb. Yanğından sonra hadisə yerindən qaçan Yaqub O. polis tərəfindən axtarılır.

Elnarə
AzNews.az