Suriya və İraqın şimalında 12 terrorçu zərərsizləşdirilib

2 Avqust 2024 14:12 (UTC+04:00)

İraqın şimalındakı Haftanin bölgəsində müəyyən edilən 4 PKK terrorçusu, Suriyanın şimalındakı Tel Rifat bölgəsində isə 8 PKK terrorçusu PUA-larla zərərsizləşdirilib.

Türkiyə Silahlı Qüvvələri (TSK) terror təşkilatı PKK-ya qarşı əməliyyatlarını qətiyyətlə davam etdirir.

Türkiyə Milli Müdafiə Nazirliyi: "Nə İraqın şimalı, nə də Suriya terrorçular üçün təhlükəsiz deyil!",-deyə vurğulayıb.

Mövsüm

AzNews.az