Rezidenturaya qəbul olmaq istəyənlər üçün sınaq imtahanı

17 Avqust 2013 08:01 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün rezidenturaya qəbul imtahanlarına hazırlaşan namizədlərə kömək məqsədilə sınaq imtahanı keçirir.

Komissiyadan Trend-ə verilən məlumata görə, sınaq imtahanları bu gün baza fənləri üzrə keçirilir. Avqustun 18-də isə sınaq imtahanları ixtisas fənlərindən olacaq.

İmtahanda iştirak etmək istəyən namizədlər üçün qeydiyyat internet vasitəsi ilə avqustun 7- dən 14-dək aparılıb və 680 nəfər qeydiyyatdan keçib.

Sınaq imtahanları Bakı şəhərində keçirilir.

Sınaq imtahanları namizədlərə biliklərini yoxlamaqda, ümumi hazırlıq səviyyələrini müəyyən etməkdə yardımçı olacaq.

İmtahanlarda iştirak edən namizədlər özlərini real imtahan şəraitində hiss etməklə psixoloji cəhətdən uyğunlaşmaq və ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirə bilərlər.

AzNews.az