Bakıda qəza: ölən var
17 Avqust 2013 08:48 (UTC+04:00)
Bu gün Bakı şəhərinin Suraxanı rayonu ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Günəşli qəsəbəsində, elektrik yarımstansiyasının qarşısında "QazEL" markalı yük maşını 50-55 yaşlı kişini vurub. Piyada hadisə yerindəcə keçinib.
İlkin müayinə zamanı ölən şəxsin tüfeyli həyat tərzi keçirən birisi olması və hadisə zamanı sərxoş olması müəyyən edilib. Araşdırmalar davam etdirilir.
AzNews.az