Uelsdə bir ilk: Eluned Morqan baş nazir seçildi

6 Avqust 2024 19:06 (UTC+04:00)

Uels Regional Baş Naziri Vaughan Gething-in istefasından sonra parlamentdə keçirilən səsvermədə Eluned Morqan "Uelsin ilk qadın Baş Naziri" seçildi.

Morqan açıqlamasında "Bu gün Uelsin ilk qadın baş naziri kimi sizin qarşınızda dayanmaq mənim həyatımın ən böyük şərəfidir",-deyə qeyd edib.

Keçən ay Uels İşçi Partiyasının yeni lideri olan və 2021-ci ilin mayından Səhiyyə Naziri vəzifəsində çalışan Morqan Uels Parlamentində (Senedd) 28 millət vəkilinin səsini alıb.

Beləliklə, İngiltərə kralı III Çarlzın təsdiqindən sonra "Uelsin ilk qadın Baş Naziri" olan Eluned Morqan rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq.

Mövsüm

AzNews.az