Estoniya Rusiya ilə sərhəddə tam gömrük nəzarəti tətbiq edib

8 Avqust 2024 15:56 (UTC+04:00)

Estoniya Rusiya ilə sərhəddə tam gömrük nəzarəti tətbiq edəcək.

Bu barədə Estoniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Baş nazir Kristen Mixalın sözlərinə görə, tədbirlər “sanksiyalara əməl edilməməsi və qadağan olunmuş malların daşınması cəhdləri” ilə bağlıdır.

Belə ki, indi Rusiya Federasiyasından gələn vətəndaşlar və yüklər ciddi nəzarətə götürülür və sərhədi keçmək vaxtı artırılacaq. Hər bir şəxs və onların baqajı tam yoxlanılacaq. Sərhədi avtomobillə keçərkən həm nəqliyyat vasitəsinin özü, həm də içindəki əşyalar yoxlanılacaq.

Mövsüm

AzNews.az