Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MKT) İraqda PKK/KCK-ya növbəti zərbəni endirib.
Türkiyə Silahlı Qüvvələrinin Hakurkdakı bazasında aksiya keçirməyi planlaşdıran PKK terrorçusu Serdar Sönməz MKT-in nöqtə əməliyyatı ilə zərərsizləşdirilib.
Terror cinayətlərinə görə barəsində axtarış/həbs qərarı çıxarılan terrorçu Serdar Sönməz PKK/KCK-nın sözdə yüksək rütbəli rəhbərlərindən Türkiyə Silahlı Qüvvələrinə qarşı əməliyyat təlimatı alıb.
MKT-in səhra agentlərindən əldə edilən kəşfiyyat məlumatlarına görə, terrorçu Serdar Sönməz Türkiyə Silahlı Qüvvələrinin Hakurkdakı əməliyyat bölgəsinə sızaraq kəşfiyyat və müşahidə fəaliyyəti həyata keçirməyə cəhd edəcəkdi.
Əldə edilən kəşfiyyat məlumatı nəticəsində MKT Serdar Sönməzi addım-addım izləməyə başlayıb. Terrorçu Sönməzin hərəkətə keçəcəyi yer və saat MKT-in təşkilat daxilindəki agentləri vasitəsilə öyrənildikdən sonra əməliyyat qərarı verilib.
PKK/KCK üzvü Serdar Sönməz Türkiyə Silahlı Qüvvələrinin Hakurkdakı baza bölgəsinə sui-qəsd hazırlayarkən uğurlu əməliyyat nəticəsində zərərsizləşdirilib.
Mövsüm
AzNews.az