İraqın şimalında 12 terrorçu zərərsizləşdirilib

9 Avqust 2024 15:56 (UTC+04:00)

İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində 12 PKK terrorçusu zərərsizləşdirilib.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

İraqın şimalında "Pəncə-Kilid" əməliyyatı bölgəsində aşkarlanan 12 PKK terrorçusunun zərərsizləşdirildiyi açıqlanıb.

Açıqlamada, "Terror yuvalarını kilid vurmağa davam edirik. Mübarizəmiz əzm və qətiyyətlə davam edəcək",-deyə bildirilib.

Mövsüm

AzNews.az