Çində limana yaxınlaşan yük gəmisində güclü partlayış baş verib

9 Avqust 2024 19:35 (UTC+04:00)

Ninqbo-Zhouşan limanında Tayvanın gəmiçilik şirkətinə məxsus Liberiya bayraqlı "YM Mobility" konteyner gəmisində şiddətli partlayış baş verib.

Çin mediası partlayışın 1 kilometr məsafədən hiss oluna bilən şok dalğasına səbəb olduğunu bildirib.

Hələlik can itkisi və ya yaralanma xəbəri olmasa da, limanda lövbər salan gəminin "təhlükəli yük" daşıdığı öyrənilib.

Partlayışın səbəbi hələlik məlum deyil.

Mövsüm

AzNews.az