Ebru Gündeş ikinci dəfə ana olacaq

17 Avqust 2013 10:49 (UTC+04:00)
Azərbaycanlı iş adamı Rza Zərrabla evli olan türkiyəli müğənni Ebru Gündeş ikinci dəfə ana olacaq.

AzNews.az xəbər verir ki, müğənni bu barədə sosial şəbəkədə yazıb. Hazırda həyat yoldaşı və qızı ilə birlikdə Bodrumda istirahət edən Ebru hamilə olduğunu orada öyrənib: "Allahın köməkliyi ilə qızıma bir qardaş gəlir. Sevincimi bölüşən hər kəsə təşəkkür edirəm". Qeyd edək ki, Ebru və Rza cütlüyünün 2 yaşında Alara adlı qızı var.

Əli Rais Hüseynli
AzNews.az