Tovuzda kişi kartof yığarkən ölüb

12 Avqust 2024 09:28 (UTC+04:00)

Tovuzda 57 yaşlı kişi ölüb.

Hadisə rayonun Qaraxanlı kəndində qeydə alınıb.

1967-ci il təvəllüdlü Şahbaz Haqverdiyev kənd ərazisindəki əkin sahəsində kartof yığan zaman ürəyi tutaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.