18 nəfəri öldürən erməniyə həbsxanada görüş qadağası
17 Avqust 2013 11:07 (UTC+04:00)
Rusiyada törətdiyi qəzada 18 nəfərin ölümünə səbəb olan Qraç Aratunyanın qohumları indiyə qədər onunla görüşə bilmir.
Erməni mətbuatının yazdığına görə, qohumları onunla görüşə bilmək üçün Moskvaya getsələr də təqsirləndirilən şəxslə görüşə icazə verilməyib. Qohumları ona ancaq nəvəsinin fotosunu çatdıra biliblər.
Qeyd edək ki, Q.Aratunyan 18 nəfərin ölümünə səbəb olan qəzanı iyulun 13-də törədib. Onun idarə etdiyi "KamAZ" markalı maşın sərnişin avtobusu ilə toqquşub. Azərbaycan torpaqlarının işğalında da iştirak edən Q.Aratunyanın həm də psixi problemlərinin olduğu bildirilir.
Elnarə
AzNews.az