İraqın şimalına hava əməliyyatı! 17 PKK terrorçusu zərərsizləşdirilib

12 Avqust 2024 14:37 (UTC+04:00)

Türkiyə Silahlı Qüvvələri Türkiyənin və bölgənin təhlükəsizliyi üçün İraqın şimalında əməliyyatlarını davam etdirir.

Bölgədə həyata keçirilən son hava əməliyyatı ilə daha 17 PKK terrorçusu zərərsizləşdirilib.

Türkiyə Milli Müdafiə Nazirliyindən edilən şərhə görə; Pəncə-Kilit əməliyyatı bölgəsində həyata keçirilən uğurlu hava əməliyyatı ilə daha 17 PKK terrorçusu zərərsizləşdirilib.

Mövsüm

Aznews.az