Bu gün Müslüm Maqomayevin doğum günüdür
17 Avqust 2013 11:23 (UTC+04:00)
17 avqust Azərbaycanın görkəmli opera və estrada müğənnisii Müslüm Maqomayevin doğum günüdür.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu gün Müslüm Maqomayevin xatirəsi Fəxri Xiyabanda yad olunacaq. Mərasimdə Mədəniyyət və Turizm Nazirliyinin rəsmiləri, xalq artistləri, tanınmış musiqiçilər iştirak edəcəklər.
Müslüm Maqomayev 1942-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında təcrübə keçib. 1966-cı ildə Parisin "Olimpiya" konsert salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib, Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb. O, 1973-cü ildə SSRİ xalq artisti, 1997-ci ildə "Şöhrət" Ordeni, 2002-ci ildə "İstiqlal" Ordeni ilə təltif edilib. Müslüm Maqomayev 2008-ci ildə Moskvada vəfat edib, Bakıdakı birinci Fəxri Xiyabanda dəfn olunub.
AzNews.az