Abşeronda uşaq hovuzda boğulub

17 Avqust 2013 11:34 (UTC+04:00)
Abşeron rayonu sakini Nəcməddin Malaçinov su hovuzuna düşərək boğulub.

AzNews.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Abşeron rayonu Mehdiabad qəsəbə sakini, azyaşlı Nəcməddin Malaçinov evlərinin həyətindəki su hovuzuna düşüb.

Azyaşlı bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

AzNews.az