Ov Mövsümü və Ov Məhsulları: Hüquqi Qaydalar və Məsuliyyətlər

25 İyul 2024 11:32 (UTC+04:00)

Ov mövsümünün başlanma vaxtı və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Bu mövsüm boyunca yalnız təyin edilmiş günlərdə ov etmək mümkündür. Ov mövsümünün düzgün tənzimlənməsi, heyvanların populyasiyasını qorumaq və onların nəsilinin davam etməsini təmin etmək məqsədi daşıyır.

Ovçuluq fəaliyyəti nəticəsində əldə edilən heyvanlar və onların hissələri, qanunvericiliyə uyğun olaraq ov məhsulları hesab olunur. Ovçular yalnız icazə verilmiş sayda ov məhsuluna sahib ola bilərlər. Əgər ovçular bu normanı aşarsa, artıq əldə edilən ov məhsulları geri alınır və qanun pozuntusuna görə müvafiq tədbirlər görülür.

Bu tənzimləmələr, ovçuluq fəaliyyətinin qanuni çərçivədə və təbiətə zərər vermədən həyata keçirilməsini təmin edir. Qanunlara riayət etmək, həm təbii ehtiyatların qorunmasını, həm də ovçuların məsuliyyətli fəaliyyət göstərməsini təmin edir.

Zaman Səmədov, hüquqşünas

Hüquqi şərh Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyələşdirdiyi və “Pragma” Sosial İnkişafa və Ekologiyanın Qorunmasına Dəstək İctimai Birliyi tərəfindən həyata keçirilən “Ovçuluq təsərrüfatlarının fəaliyyətinə ictimai nəzarət” layihəsi çərçivəsində hazırlanıb.