Moldovanın müvəqqəti işlər vəkili Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

13 Avqust 2024 19:39 (UTC+04:00)

Rusiya Xarici İşlər Nazirliyi Moldovanın Rusiyadakı müvəqqəti işlər vəkili Aleksandr Çetrarı çağırıb və ona Moskvanın Kişinyova bitərəf statusa sadiq qalması və Ukrayna böhranının genişlənməsinə səbəb olan addımlar atmaması ilə bağlı müraciətini çatdırıb.

Bu barədə Rusiya diplomatik departamenti məlumat yayıb.

“Diplomat Rusiya və Moldova KİV-lərində Qərbin Kiyev rejiminə ötürdüyü F-16 təyyarələrinin Moldovadakı aerodromlarda yerləşəcəyi və Rusiya ərazisini bombalamaq üçün oradan uçacağı ilə bağlı yayılan məlumatla bağlı ciddi narahatlığını ifadə edib”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytı məlumat yayıb.

Mövsüm

Aznews.az