Seyran Səxavət: “Seçkilərin mənim üçün ən böyük əhəmiyyəti prosesin həm də Qarabağı əhatə etməsidir”

14 Avqust 2024 10:50 (UTC+04:00)

“Budəfəki parlament seçkiləri bütün ölkə ərazisində keçiriləcək. Baxmayaraq ki, yay fəslinə təsadüf edir, insanların çoxu istirahət edir. Lakin seçkilərin Qarabağda da keçirilməsi yay fəslini də unutdurur”.

Bu fikirləri Seçki 2024 Müstəqil Media Mərkəzinə açıqlamasında tanınmış yazıçı Seyran Səxavət bildirib.

O qeyd edib ki, sentyabrın 1-nə təyin olunmuş Milli Məclisə seçkilərin bütün ölkəni əhatə etməsi, həmçinin işğaldan azad edilmiş torpaqlarımızda keçirilməsi çox möhtəşəm hadisədir: “Çünki bu, müstəqilliyimizin bərpasından sonra bir ilkdir”.