2 ailə arasında silahlı münaqişə: 8 ölü

17 Avqust 2013 15:57 (UTC+04:00)
Türkiyənin Diyarbəkir vilayətinin Hazro rayonunun Çiflibahçe kəndində iki ailə arasında silahlı münaqişə baş verib.

Hadisə zamanı 8 nəfər ölüb, 9 nəfər yaralanıb. Ölənlərdən 2-si qadındır.

Münaqişənin səbəbi hələlik bəlli deyil. Kəndə jandarmalar göndərilib.

AzNews.az