TQDK nəticələri açıqladı

17 Avqust 2013 15:10 (UTC+04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013-2014-cü tədris ili üzrə ali məktəblərə yerləşdirmənin nəticələrini açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, abituriyentlər ali məktəblərə yerləşdirmənin nəticələri barədə məlumatı iş nömrələrini mobil telefonla 7727 nömrəsinə göndərməklə (bütün mobil operatorlardan) öyrənə bilərlər.

Qeyd edək ki, bu il abituriyentlər ilk dəfə olaraq yerləşdirmənin nəticələrinin elan olunması ilə bağlı məlumatları TQDK-nın "Facebook" səhifəsindən də əldə edə bilər.


AzNews.az