Moisey Bekker: “Milli Məclisə seçkilər bir çox əlamətlərinə görə diqqət çəkir”

15 Avqust 2024 16:18 (UTC+04:00)

“Milli Məclisə budəfəki seçkilər bir çox əlamətlərinə görə diqqət çəkir. Sentyabrın 1-də keçiriləcək seçkilər müstəqil Azərbaycanın bütün suveren ərazisində keçirilməsi ilə yadda qalacaq. Bununla yanaşı, ölkədəki 26 fəal siyasi partiyadan 25-nin iştirak etməsi bu seçkiləri demokratik göstəricilər baxımdan diqqət mərkəzinə gətirir. Parlament daxilində onların hər birinin potensialı üzə çıxacaq və Milli Məclisə hansı ideyalarla getdikləri bəlli olacaq”.

BunuSeçki 2024Müstəqil Media Mərkəzinə açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru Moisey Bekker deyib.

O qeyd edib ki, Milli Məclisin yeni tərkibi işğaldan azad edilmiş ərazilərin sürətləndirilmiş reinteqrasiyası, iqtisadi inkişafı üçün əlverişli ab-havanın yaradılması, su ehtiyatlarının qorunması, keçmiş məcburi köçkünlərin öz yurdlarına qayıtması, texnoparkların və müasir istehsal müəssisələrinin, səhiyyə müəssisələrinin, təhsilin inkişafını nəzərdə tutan qanunların hazırlanmasına maksimum səy göstərməli olacaqdır.

“Mövcud geosiyasi vəziyyətə görə Azərbaycan regional siyasətdə aparıcı oyunçulardan birinə çevrilir. Dünyəvi, multikultural və sürətlə inkişaf edən dövlət digər ölkələr arasında heyranlıq və əməkdaşlıq arzusu doğurur”, - deyə Moses Bekker fikrini yekunlaşdırıb.