Türkiyə Xarici işlər naziri Hakan Fidan, "İraq ilə Türkiyə arasında təhlükəsizlik anlaşması imzalandı".
Bu barədə Türkiyə Xarici işlər naziri Hakan Fidan qeyd edib.
Hakan Fidan İraq baş nazirinin müavini və xarici işlər naziri Fuad Hüseynlə birgə mətbuat konfransı keçirib.
Nazir Fidanın bəyanatından diqqət çəkən məqamlar:
"Türkiyə ilə İraq arasında hərbi, təhlükəsizlik sahəsində əməkdaşlıq və terrorla mübarizə üzrə Anlaşma Memorandumu iki ölkənin müdafiə nazirləri tərəfindən yenicə imzalanıb. Bu saziş tarixi əhəmiyyət kəsb edir. İnanırıq ki, əməkdaşlığımızı növbəti səviyyəyə daşıyacağıq.
Terrorla mübarizədə İraqla inkişaf etdirdiyimiz anlaşma birliyini meydanda konkret addımlarla daha da inkişaf etdirmək istəyirik. Biz bu istiqamətdə əlaqələrimizi fasiləsiz davam etdirəcəyik. "
Mövsüm
AzNews.az