Prezident Qəbələyə 2 milyon manat ayırdı

17 Avqust 2013 17:00 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir ki, Qəbələ rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə Qəbələ Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.

AzNews.az