Qəbələdə kütləvi zəhərlənmə ilə bağlı araşdırma başlanılıb

16 Avqust 2024 10:41 (UTC+04:00)

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qəbələdə kütləvi zəhərlənmə ilə bağlı araşdırmaya başlayıb.

Bu barədə Agentlikdən məlumat verilib.

Bildirilib ki, baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb.

"Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək", - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Qəbələdə xeyli sayda toy iştirakçısının zəhərləndiyi bildirilir.