Türkiyə Milli Müdafiə Nazirliyi Türkiyədən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 3 FETÖçünün tutulduğunu açıqlayıb.
Nazirlikdən verilən açıqlamada, "Sərhədlərimizdə terrorla mübarizəmiz davam edir. Ölkəmizdən qeyri-qanuni yollarla Yunanıstana keçməyə cəhd edən 3 nəfər Ədirnədə növbətçi sərhəd əsgərlərimiz tərəfindən yaxalanıb. Aparılan araşdırmalar nəticəsində ələ keçirilən şəxslərin FETÖ terror təşkilatının üzvü olduğu müəyyən edilib”,-deyə qeyd edilib.
Mövsüm
AzNews.az