“Hababam sınfı”nın məşhur aktyoru vəfat edib

17 Avqust 2024 14:16 (UTC+04:00)

Türkiyənin tanınmış aktyoru Tuncay Akça vəfat edib.

AzNews.az xəbər verir ki, bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Bildirib ki, buna səbəb aktyorun infarkt keçirməsi olub.

T.Akça məşhur “Hababam sınfı” filmində oynadığı “Bacaksız” obrazı ilə tanınıb. Qeyd edək ki, o, 1963-cü ildə Kastamonu şəhərində anadan olub.