Bakıda elə bir hadisə baş verdi ki...

19 Avqust 2024 12:56 (UTC+04:00)

"Paytaxt sakini olan bir nəfər polisə müraciət edərək yaşadığı evin girişində quraşdırılmış su sayğacının içərisinə naməlum bağlama yerləşdirildiyini bildirib".

Bu barədə AzNews.az-a DIN-in mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nizami RPİ-nin 25-ci Polis Şöbəsi əməkdaşları tərəfindən həmin ünvana baxış keçirilib. Baxış zamanı sayğacın içərisindən 2 kiloqrama yaxın narkotik vasitə olan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AzNews.az