Seks insanı həm də varlı edir
17 Avqust 2013 21:22 (UTC+04:00)
Fəal cinsi həyat insanı sağlam və xoşbəxt etməklə yanaşı, daha yüksək gəlir əldə etmək üçün də həvəsləndirir.
Tədqiqatlar göstərir ki, həftədə azı 4 dəfə sekslə məşğul olan şəxslər daha çox pul qazanır. "CBSNews" xəbər verir ki, bu barədə tədqiqatlar Yunanıstanda aparılıb.
7500 insan arasında aparılan tədqiqatda 26-50 yaşlı şəxslər iştirak edib.
Nəticələr göstərib ki, həftədə 4 dəfədən az olmayaraq sekslə məşğul olan şəxslərin gəlirləri başqalarına nisbətən 5 faiz artıq olur.
Ümumiyyətlə həyatında seksə yer olmayan şəxslər digərlərinə nisbətən 3,2 faiz az gəlir əldə edib.
Alimlər sekslə gəlir arasındakı əlaqənin səbəbini də aydınlaşdırıblar. Məlum olub ki, sekslə tez-tez məşğul olan şəxslər ərtafdakılara daha cazibədar görünür və daha qazanclı iş təklifi almaq imkanları yüksəlir.
Elnur
AzNews.az