Gürcüstanın baş naziri parlament seçkilərini “müharibə və sülh arasında referendum” adlandırıb

19 Avqust 2024 21:09 (UTC+04:00)

Gürcüstanda parlament seçkiləri “müharibə və sülh arasında referendum” olacaq.

Bu barədə baş nazir İrakli Kobaxidze məlumat verib.

“Əslində bu seçkilər bir növ müharibə ilə sülh arasında referendum, təbliğat və ənənəvi dəyərlər arasında referendumdur. Əslində seçim sadədir. Seçim sülhün, mənəviyyatın və ölkənin parlaq gələcəyinin xeyrinə edilməlidir”, - Kobaxidze qeyd edib.

Baş nazir bildirib ki, yaxın gələcəkdə hakim "Gürcü Arzusu" partiyası öz nümayəndə heyətini Tbilisidə təqdim edəcək və bu, onun seçki kampaniyasının başlanğıcı olacaq. Hazırda onun reytinqi 60%-ə yaxındır.

Mövsüm

AzNews.az