Yaponiyada 5,0 bal gücündə zəlzələ

18 Avqust 2013 09:05 (UTC+04:00)
Sakit okeanda, Yaponiyanın Hatidzö adası yaxınlığında 5,0 bal gücündə zəlzələ baş verib.

Yaponiya Meteoroloji Xidmətin yaydığı məlumata əsasən, yeraltı təkanların episentri Hatidzö adasından cənubda, Yer səthindən 10 km dərinlikdə qeydə alınıb.

Dağıntılar və xəsarət alanlar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan olunmayıb.

Təkanlar Yaponiyanın paytaxt bölgəsində də hiss edilib.

AzNews.az