Gəncənin bəzi ərazilərində qaz kəsilib

21 Avqust 2024 10:19 (UTC+04:00)

Gəncə şəhərinin bəzi ərazilərində təbii qazın verilişi dayandırılıb.

Buna səbəb 1-ci şəhər xəttində aparılan "kipliyə sınaq" və digər təmir-bərpa işləridir.

Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismar İdarəsindən bildirilib ki, qazın verilişi işlər başa çatdıqdan sonra bərpa olunacaq.