Ermənistanda Qərbi Nil qızdırmasına 58 yoluxma halı müəyyən edilib.
Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin direktoru Stepan Atoyan bu barədə mətbuat konfransında bildirib.
Atoyanın sözlərinə görə, 41 xəstə xəstəxanaya yerləşdirilib, onlardan dördünün vəziyyəti orta ağırdır.
Bütün yoluxma hallarının Araqatsotn bölgəsində qeydə alındığı bildirilib.
Mövsüm
AzNews.az