Türkiyədə sərhədi keçməyə çalışan 5 terrorçu saxalanılıb

21 Avqust 2024 18:19 (UTC+04:00)

Türkiyədən Yunanıstana, Suriyadan Türkiyəyə keçmək istəyən 4 Fətullahçı Terror Təşkilatı (FETÖ) və 1 PKK/YPG terror təşkilatı üzvü yaxalanıb.

Türkiyə Milli Müdafiə Nazirliyi sərhədi qanunsuz keçməyə cəhd edən 5 nəfərin tutulduğunu bildirib.

Nazirliyin sosial media hesabında yer alan açıqlamada bu ifadələr yer alıb:

"Ölkəmizdən Yunanıstana, Suriyadan isə ölkəmizə qeyri-qanuni yollarla keçməyə cəhd edən 5 nəfər sərhəd qoşunlarımız tərəfindən yaxalanıb. Aparılan araşdırmalar nəticəsində ələ keçirilən şəxslərdən 4-nün FETÖ üzvü, 1-nin isə PKK/YPG terror təşkilatının üzvü olduğu müəyyən edilib”.

Mövsüm

AzNews.az