Bakıda bir neçə avtomobil toqquşdu - FOTO

18 Avqust 2013 09:46 (UTC+04:00)
Bakıda üç avtomobilin toqquşması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yol qəzası bu gün səhər saatlarında Azadlıq prospektində, Koroğlu parkının qarşısında qeydə alınıb.

"Mercedes", "BMW" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər, "VAZ-2107" markalı avtomobilin sürücüsü ağır xəsarət alıb. Yaralı hadisə yerinə çağırılmış təcilli tibbi yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Baş vermiş hadisə ilə bağlı Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.


AzNews.az