Təyyarə qəzaya uğradı - FACİƏ

18 Avqust 2013 11:59 (UTC+04:00)
İtalyanın şimalındakı Bolzano şəhərində təyyarə qəzası baş verib.

CNN-in məlumatına görə, qəza nəticəsində 4 nəfər dünyasını dəyişib.

AzNews.az xəbər verir ki, "Cessna 172" model 4 sərnişin tutumlu turist təyyarəsi Bolzanodan havaya qalxdığından 1 saat sonra naməlum səbəbdən Marmolada diyarı yaxınlarında qəzaya uğrayıb.

Qəzada pilot Peter Brunner (27 yaş), Sərnişinlərdən Stefan Mahlknecht (49 yaş), Harald Ebnicher (34 yaş) və Deborah Mair (34 yaş) dünyasını dəyişib.

Qəzayla əlaqədar istindaq başlayıb.

Əli Rais Hüseynli
AzNews.az