Dəhşətli cinayət: qayınata və kürəkən bir-birini ürəyindən bıçaqladı

18 Avqust 2013 14:15 (UTC+04:00)
Türkiyənin Antalya şəhərində dəhşətli cinayət hadisəsi baş verib.

23 yaşlı həvəskar futbolçu Mehmet Nihat Memiş 48 yaşlı qayınatası Rıfat Sezgin ilə mübahisə edib.

Mübahisə zəminində kürəkən qaynatasını sinəsindən bıçaqlayıb. Bıçağı sinəsindən çıxaran qaynata isə eyni qayda ilə kürəkənini bıçaqlayıb.
Yəni öz sinəsindən çıxartdığı bıçağı kürəkəninin sinəsinə saplayıb.

Daha sonra qaynata hadisə yerində dünyasını dəyişib.

Elnur
AzNews.az