BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qatılmaq üçün elektron viza müraciəti edən ölkələrin sayı 100-ü keçib.
Bunu COP29 Azərbaycan Əməliyyat Şirkətinin əməkdaşı Ayan Nəcəf yerli media nümayəndələri üçün keçirilən "COP29 üçün effektiv kommunikasiya strategiyaları" mövzusunda media seminarında “Yaşıl və Mavi zonalarda media xidmətləri və əraziləri/qurğuları haqqında" məlumatlandırma zamanı deyib.
O, yerli media nümayəndələrinin akkreditasiya haqqında sənədi noyabrın 1-də əldə edə biləcəklərini vurğulayıb.